Türkiyədə müxalifət düşərgəsində siyasi hərəkətlilik davam edir. CHP-dən sonra Yeni Partiyada istefa dalğasının baş qaldırması müzakirəsiz ötüşməyib.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, İzmirin Buca rayonunda Yeni Partiyanın qurucu üzvlərinin də aralarında olduğu təxminən 200 nəfər partiyadan istefa verib.
Türkiyəli analitiklər partiyadaxili böhran səbəbindən baş verən ayrılıqların artıq əks istiqamətdə davam etdiyini vurğulayıblar. Onların fikrincə, İzmirdən başlayan proses qarşıdakı günlərdə daha da genişlənəcək. Ərdoğan hakimiyyətinə müxalif olan Yeni Partiya, CHP, hətta İyi Partiyadan kütləvi istedadların baş verəcəyi gözlənilir.
Bu proses Türkiyə müxalifətinin zəifləməsi və hakim Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Tayyib Ərdoğanın siyasi rəqiblərinin mövqeləri baxımından xüsusi əhəmiyyət kəsb edir.