"Qalatasaray"ın ulduz futbolçusu Viktor Osimhen zədələnib.

Metbuat.az xəbər verir ki, 27 yaşlı nigeriyalı hücumçu UEFA Çempionlar Liqasında "Ştutqart"la matç zamanı sol dizindən xəsarət alıb. Müayinələrdən sonra futbolçunun diz oynağında zədə olduğu müəyyənləşib və onun əməliyyat keçirəcəyi açıqlanıb. Bu hadisə səbəbindən Osimhen Türkiyə çempionatında "Amedspor"a qarşı keçiriləcək XI tur matçında iştirak edə bilməyəcək. Hücumçunun bərpa müddəti və komandaya dönüş tarixi barədə hələlik məlumat verilməyib.

Xatırladaq ki, nigeriyalı futbolçu bu mövsüm 10 dəfə rəqib qapılarına yol taparaq İstanbul klubunun bombardiri olub.