Ağdaş şəhərində 2-ci “Heyva festivalı”-na artıq start verilib.
Metbuat.az-ın bölgə müxbiri xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan festivalda rayonun aqrar potensialı, yerli məhsulları, sahibkarlıq imkanları və turizm potensialı nümayiş etdirilir.
Keçirilən festivalın əsas məqsədlərindən biri Ağdaşın kənd təsərrüfatı sahəsindəki imkanlarını, xüsusilə heyvaçılıq ənənələrini və yerli istehsalçıların məhsullarını geniş ictimaiyyətə təqdim etməkdir.
Festival çərçivəsində sərgi nümayişləri ilə yanaşı konsert proqramı da keçiriləcək.
Xatırladaq ki, sonda atəşfəşanlıq olacaq.