"Qalatasaray"ın nigeriyalı ulduzu Viktor Osimen bu gun əməliyyat olunub.
Metbuat.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, UEFA Çempionlar Liqasında “Ştutqart”la keçirilən qarşılaşmada sol dizindən zədələnən nigeriyalı hücumçu uğurlu əməliyyat keçirib. Müdaxilə Maslak Acıbadem Xəstəxanasında klubun həkimi Yener İnce tərəfindən həyata keçirilib.
Klubun açıqlamasında futbolçunun vəziyyətinin gündəlik olaraq qiymətləndiriləcəyi və müalicəsinin tibbi heyətin nəzarəti altında davam etdiriləcəyi bildirilib.
Qeyd edək ki, Osimenin yaşıl meydanlara nə vaxt qayıdacağı ilə bağlı hələlik dəqiq tarix açıqlanmayıb.