Polşanın Krakov şəhərində baş verən kütləvi atışma nəticəsində azı 6 nəfər həlak olub. Hadisədən sonra şəhərdə noyabrın 11-dək matəm elan edilib.

Metbuat.az xəbər verir ki, bu barədə şəhərin meri Lukaş Qibala “X” sosial şəbəkəsində paylaşım edib.

Hadisədən sonra Polşanın Baş naziri Donald Tusk Krakovun Mərkəzi Meydanına yola düşüb. Onun aidiyyəti nazirlər və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə təcili müşavirə keçirəcəyi bildirilib.

Tusk siyasətçiləri faciədən şəxsi və siyasi məqsədlər üçün istifadə etməməyə çağırıb, həlak olanların yaxınlarına başsağlığı verib.