Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad istiqamətində buraxılan iki raket hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Metbuat.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, raketlər Yəməndəki husilər tərəfindən buraxılıb.

Hadisədən əvvəl Ər-Riyadda bir neçə güclü partlayış səsi eşidilib. Ölkənin Mülki Müdafiə Xidməti sakinlərə potensial təhlükə barədə xəbərdarlıq edərək təhlükəsiz yerlərdə qalmağı tövsiyə edib.

Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.