1924-cü ildə nəşr olunan bir kitabda mobil telefon texnologiyasını xatırladan maraqlı proqnoz yer alıb.
Metbuat.az xəbər verir ki, britaniyalı alim Arçibald Montqomeri Lou insanların gələcəkdə küçədə və təyyarədə kiçik simsiz cihazlar vasitəsilə danışa biləcəyini yazıb. O, bu fikirlərini həmin il nəşr olunan “Wireless Possibilities” kitabında irəli sürüb. Alim insanların cib ölçüsündə simsiz cihazlarla məsafədən dostları ilə ünsiyyət qura biləcəyini proqnozlaşdırıb. Onun diqqətçəkən fikirləri bununla da məhdudlaşmayıb. Lou gələcəkdə görüntülərin də uzaq məsafələrə ötürülə biləcəyini düşünüb.
O, təyyarəyə yerləşdirilən teleskopik kamera vasitəsilə çəkilən görüntülərin kilometrlərlə uzaqdakı insanlara çatdırılmasını mümkün hesab edib. Alimin bu təsvirləri müasir mobil telefon, videozəng və canlı yayım texnologiyalarını xatırladır.