Bakının Xətai rayonu ərazisində yol nəqliyyatı hadisəsi zamanı sürücü ölüb.
Metbuat.az teleqraf.az-a istinadən xəbər verir ki, qəza NZS qəsəbəsində qeydə alınıb.
1993-cü il təvəllüdlü Allahverdiyeva Səma sevgilisinin avtomobilinə sərnişin qismində əyləşib.
İdarəetmədən çıxan maşın yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində sürücü ölüb. S.Allahverdiyeva ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.