İtaliyanın “Roma” klubu “Qalatasaray”ın braziliyalı futbolçusu Qabriel Sara ilə maraqlanır.

Metbuat.az xəbər verir ki, İtaliya mediasında yayılan məlumata görə, A Seriyası təmsilçisi 27 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədir.

Bildirilir ki, “Roma” rəhbərliyi qış transfer pəncərəsində Qabriel Sara üçün “Qalatasaray”a rəsmi təklif göndərməyi planlaşdırır. İtaliya klubunun yanvar ayında bu istiqamətdə konkret addım atacağı iddia olunur.

Qeyd edək ki, Qabriel Sara cari mövsümdə “Qalatasaray”ın heyətində 15 rəsmi matçda meydana çıxıb. Braziliyalı futbolçu bu görüşlərdə 2 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.