Gəncədə “BakuBus”a məxsus sərnişin avtobusu işıqlandırma dirəyinə çırpılıb.

Metbuat.az xəbər verir ki, hadisə şəhərin Nizami prospektində baş verib.

“BakuBus”a məxsus 5 nömrəli marşrut üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü idarəetməni itirərək yol kənarındakı işıqlandırma dirəyinə çırpılıb. Daha sonra ağacları qırıb və yol nişanını sıradan çıxarıb.

Hadisə zamanı avtobusda sərnişinlər də olub. Xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma başlanılıb.