Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququnu, eləcə də təşkilatın rəhbər vəzifələrinə öz nümayəndələrini təyin etmək imkanını itirib.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
Onun sözlərinə görə, Ermənistanın bir neçə ildir təşkilat qarşısındakı öhdəliklərini yerinə yetirməməsi səbəbindən KTMT-nin nizamnaməsinə uyğun olaraq müvafiq qərar qəbul edilib.
Peskov bildirib ki, Ermənistanın səsvermə hüququndan və təşkilatda məsul vəzifələrə nümayəndə təyin etmək imkanından məhrum edilməsi təklifi sammit iştirakçıları tərəfindən qəbul olunub.