Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan Antalyada görüş keçirirlər.
Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat katibi Melanya Arutyunyan məlumat verib.
Görüş BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransı (COP31) çərçivəsində keçirilən liderlər sammiti zamanı baş tutub.
Danışıqlarda Türkiyə tərəfindən Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın da iştirak edir.
Görüşün gündəliyi və müzakirə olunan məsələlərlə bağlı hələlik rəsmi məlumat verilməyib.