İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ ilə Tehran arasındakı mesaj mübadiləsinə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, o, bu barədə “Əl-Cəzirə” telekanalına müsahibəsində danışıb. Qalibaf İranın qanuni tələblərini əks etdirən cavabın ABŞ tərəfinə açıq və dəqiq şəkildə çatdırıldığını söyləyib. Bununla belə, Vaşinqtonun indiyədək Tehranın mesajına rəsmi və konkret cavab vermədiyini vurğulayıb. Parlament sədri Hörmüz boğazının açılması üçün İranın irəli sürdüyü yeddi şərtin hamısının yerinə yetirilməli olduğunu bildirib.

O, iki ölkə arasında razılığın əldə olunmamasının əsas səbəbləri kimi ABŞ-yə etimadsızlığı və Vaşinqtonun irəli sürdüyü həddindən artıq tələbləri göstərib.