Ermənistan ABŞ-la həyata keçirilməsi nəzərdə tutulan TRIPP layihəsi üzrə strateji əməkdaşlıq sazişini ratifikasiya edib. Ölkə Prezidenti Vaaqn Xaçaturyan noyabrın 10-da müvafiq qanunu imzalayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Sənəd iki ölkə arasında “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” adlandırılan təşəbbüs çərçivəsində əməkdaşlığın hüquqi əsaslarının təsdiqlənməsini nəzərdə tutur.

Qanunun imzalanmasından əvvəl Ermənistan parlamentində məsələ ilə bağlı səsvermə keçirilib. Deputatların 63-ü sazişin ratifikasiyasını dəstəkləyib, 32-si isə əleyhinə çıxış edib.

Beləliklə, TRIPP layihəsi üzrə Ermənistanın daxili hüquqi prosedurlarında növbəti mərhələ tamamlanıb.