“Mançester Yunayted” klubunda uğursuz nəticələr baş məşqçi Maykl Kerrikin vəzifəsindən ayrılması ilə nəticələnib.

Metbuat.az xəbər verir ki, komanda son 11 rəsmi matçda cəmi bir qələbə qazanıb, dörd dəfə heç-heçə edib və altı qarşılaşmada məğlub olub.

Məlumata görə, Premyer Liqada 10 turdan sonra 8 xalla 18-ci pillədə qərarlaşan klub yeni baş məşqçi ilə bağlı qərar verib. Jurnalist Fabrizio Romanonun məlumatına görə, klub hazırda ABŞ millisinə rəhbərlik edən Maurisio Poçettino ilə anlaşma əldə edib. Argentinalı mütəxəssisin transferi üçün ABŞ Futbol Federasiyasına 10 milyon dollar təzminat ödənilməsi nəzərdə tutulur.