Nəvəsinin and içmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapılıb.
Metbuat.az-ın məlumatına görə, Astara rayonunun Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynovun meyiti tapılıb.
Ahıl yaşlı kişinin meyiti Göygöl rayonunun Hacıməlik kəndində aşkar edilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Məlumat üçün bildirək ki, M.Hüseynov yaxınları ilə birlikdə hərbi xidmətdə olan nəvəsinin and içmə mərasiminə gəlibmiş. Həmin ərəfədə müəmmalı şəkildə itkin düşüb.