Bakıda kütləvi dava olub.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunun Böyükşor qəsəbəsi ərazisində qeydə alınıb. Baş verən kütləvi dava zamanı 1996-cı il təvəllüdlü Raqif Rəhimov, 1996-cı il təvəllüdlü Ravin Xəlilov və 1998-ci il təvəllüdlü Sərvan Məsimov bıçaq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.