Özbəkistan millisinin kapitanı Eldor Şomurodov maraqlı açıqlama ilə gündəmə gəlib.

Metbuat.az xəbər verir ki, futbolçu “Qalatasaray”ın yarımmüdafiəçisi Aleksey Batrakovun karyerası barədə danışıb. O, Madridin “Real” klubunun gənc futbolçunu izlədiyini iddia edib.

Qeyd edək ki, 21 yaşlı Aleksey Batrakov mövsümün əvvəlində Moskvanın “Lokomotiv” klubundan “Qalatasaray”a keçib. O, cari mövsüm İstanbul təmsilçisinin heyətində 13 oyuna çıxaraq 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.