Ali təhsil müəssisələrinə "Tədqiqat universiteti" statusu verilməsi üçün tələblər təsdiq edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərarla ali təhsil müəssisələrinə "Tədqiqat universiteti" statusu Elm və Təhsil Nazirliyinin təklifləri əsasında
Nazirlər Kabineti tərəfindən beş il müddətinə verilir.
Belə ki, "Tədqiqat universiteti" statusu verilməsi üçün ali təhsil müəssisəsi müraciət etdiyi təqvim ilinin əvvəlinə elmi kadr hazırlığı istiqamətində magistraturada (yalnız magistrlik dissertasiyası yazanlara münasibətdə), (rezidenturada) təhsil alanların və doktorantların ümumi tələbə kontingentində payı (ən azı 10 faiz), magistratura (rezidentura) və doktorantura səviyyələri üzrə mövcud olan
ixtisasların sayı (hər bir səviyyə üzrə ən azı 15 ixtisas) tələbləri təmin etməlidir.