“Beşiktaş” qış transfer pəncərəsində “Real Sosyedad”ın yaponiyalı futbolçusu Takefusa Kubonu heyətinə qatmaq istəyir.
Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi sağ cinahı gücləndirmək üçün 25 yaşlı oyunçunu transfer siyahısına daxil edib. Məlumata görə, çox oyun vaxtı ala bilməyən Kubo İspaniya klubundan ayrılmağa müsbət yanaşır. “Real Sosyedad”ın futbolçunun satışına 20 milyon avrodan yüksək təklif qarşılığında razılıq verəcəyi gözlənilir.
Qeyd edək ki, Kubo 2022-ci ildən çıxış etdiyi İspaniya klubunda 175 oyuna çıxıb, 26 qol vurub və 23 məhsuldar ötürmə edib.