Xəbər verdiyimiz kimi, Naxçıvan-Ordubad magistral yolunun Ordubad rayonunun Aşağı Əylis kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Metbuat.az xəbər verir ki, "Hyundai" markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü Vətən müharibəsi qazisi, ehtiyatda olan kapitan Hüseynalı Hüseynalıyev həyatını itirib.

O, döyüşlərdə göstərdiyi şücaətə və hərbi xidmətlərinə görə ümumilikdə 9 medalla təltif edilib. Onların arasında "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları yer alır.

Xatırladaq ki, qəza zamanı daha iki qazi - 1994-cü il təvəllüdlü Əmrah Məmmədov və 1990-cı il təvəllüdlü Təbriz Zeynalov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.