Yeni Partiyanın Ankarada keçirilən ilk qurultayında sədr seçkisi başa çatıb.
Metbuat.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
Saat 15:30-da başlayan səsvermə 17:00-da yekunlaşıb. Qeydiyyatdan keçmiş 1202 nümayəndədən 1157-si səsvermədə iştirak edib. Səslərdən 1154-ü etibarlı, 3-ü isə etibarsız sayılıb.
Qurultayda yeganə namizəd olan Özgür Özəl bütün etibarlı səsləri toplayaraq partiyanın sədri seçilib.