Müdafiə Nazirliyi 9-15 noyabr həftəsinin icmal videoçarxını yayıb.

Metbuat.az xəbər verir ki, videoçarx nazirliyin rəsmi saytında yerləşdirilib.

Noyabrın 9-da Dövlət Bayrağı Günündə Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib.

Noyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan nümayəndələrinin iştirakı ilə “Eternity-2026” komanda-qərargah təliminə start verilib. Eyni gün Azərbaycan-Türkiyə yüksək səviyyəli hərbi dialoqun 17-ci iclası və üç ölkənin hərbi universitet rektorlarının görüşü olub. Tacikistan müdafiə nazirliyinin nümayəndə heyəti ilə pilotsuz uçuş aparatları üzrə danışıqlar da həmin gün keçirilib.

Noyabrın 13-də müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib. Noyabrın 14-də hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb. Həmin gün nazirlik yeni çağırılan əsgərlərlə bağlı profilaktik tədbirlər səbəbindən hərbi hissələrə baş çəkişlərin müvəqqəti məhdudlaşdırıldığını açıqlayıb.

İcmalı təqdim edirik: