Təkmilləşdirilmiş F-15EX qırıcıları Yaponiyanın Okinava adasında yerləşən ABŞ Hərbi Hava Qüvvələrinin Kadena bazasına gətirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Yaponiya ictimai televiziyası məlumat yayıb.

Məlumata görə, modernləşdirilmiş təyyarələr ilk dəfə ABŞ hüdudlarından kənarda yerləşdirilib. Daha əvvəl bu tipli 36 qırıcının bir neçə il ərzində Okinavaya göndərilməsinin planlaşdırıldığı bildirilmişdi.

Dördüncü nəsil F-15EX qırıcıları 13,3 tona qədər faydalı yük daşımaq imkanına malikdir. Bu göstərici bəzi bombardmançı təyyarələrin daşıma qabiliyyətini üstələyir.