Milli Hidrometeorologiya Xidməti sabah üçün tibbi-meteoroloji proqnozu açıqlayıb.
Metbuat.az xəbər verir ki, proqnoza görə noyabrın 16-da Abşeron yarımadasında güclü xəzri küləyi əsəcək. Bu hava meteohəssas insanlar üçün əlverişsizdir.
Külək bazar günü gündüzdən bazar ertəsi axşamadək davam edəcək. Xidmətin əvvəlki xəbərdarlığına görə, Bakı və Abşeronda şimal-qərb küləyinin sürəti 20,8-28,4 m/san (75-100 km/saat) olacaq, bu, narıncı xəbərdarlıq səviyyəsidir.
Qeyd edək ki, narıncı xəbərdarlıq Abşerondan başqa Xızı, Qobustan, Hacıqabul, Qusar, Neftçala, Ağstafa, Qazax, Mingəçevir, Naftalan, Goranboy və Daşkəsəni də əhatə edir.