Bal porsuğu kobra və mamba kimi zəhərli ilanları ovlayan və onların dişləməsindən sağ çıxan nadir məməlilərdəndir. Bu dözümlülüyün səbəbi heyvanın genlərindədir.

Metbuat.az xəbər verir ki, tədqiqatçılar Drabeck, Dean və Jansa-nın 2015-ci ildə Toxicon jurnalında dərc etdirdiyi araşdırmaya görə, bal porsuğunun əzələ hüceyrələrindəki nikotinik asetilxolin reseptorlarında dəyişikliklər var. İlan zəhərinin neyrotoksinləri bu reseptorları hədəf alır. Dəyişmiş reseptorlar zəhərin bağlanmasına imkan vermir. Tədqiqatçılar bunu tam immunitet yox, zəhərə müqavimət adlandırır.

Heyvanın ikinci müdafiəsi dərisidir. Boyun nahiyəsində dəri 6 millimetrə qədər qalındır və bədənə boş yapışır, bu da tutulanda dönüb hücum edənə qarşı çevrilməyə imkan verir. Güclü pəncələri və caynaqları da onu təhlükəli ovçuya çevirir.

Bal porsuğu Afrikada, Cənub-Qərbi Asiyada və Hindistan yarımadasında yayılıb. İlanlarla yanaşı gəmiricilər, quşlar, sürünənlər, giləmeyvə ilə qidalanır, bal və arı sürfələri üçün pətəklərə hücum edir, adı da buradan gəlir.