Türkiyə millisinin qapıçısı Berke Özer Fransaya 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra sosial şəbəkə hesabında paylaşım edib.

Metbuat.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı qapıçı oyundan fotolar paylaşıb.

“Kim olduğumuzu və nələrə nail ola biləcəyimizi unutmadan, millətimizə və bayrağımıza layiq olmaq üçün sona qədər mübarizə aparmağa davam edəcəyik”, - Berke Özer paylaşımda qeyd edib.

“L’Équipe” nəşrinin yazdığına görə, Özer oyunda 7 top qurtarıb, qapısına gələn 9 dəqiq zərbədən yalnız ikisi qola çevrilib. Fransız nəşr Mbappe və Barkolanın zərbələrindəki qurtarışlarını ayrıca qeyd edib və onu tənqid etməyin “təkəbbür və bir az da nankorluq” olacağını yazıb.

Qeyd edək ki, Berke Özer bu mövsümdən Fransanın “Lill” klubunda çıxış edir.