Vışeqrad dördlüyünün hökumət başçıları Fransua Ollandla görüşəcəklər

Vışeqrad dördlüyünün hökumət başçıları Fransua Ollandla görüşəcəklər
16:33 19 İyun 2015
35 Dünya
Ölkə mətbuatı
A- A+


Praqa, 19 iyun, AZƏRTAC
Vışeqrad dördlüyü (V4) ölkələrinin baş nazirləri iyunun 19-da Bratislavada Fransa Prezidenti Fransua Olland ilə görüşəcəklər. Çexiyanı görüşdə baş nazir Boquslav Sobotka təmsil edəcək.
Eyni zamanda Slovakiyanın V4-ə bir illik sədrliyinin başa çatması ilə əlaqədar Vışeqrad dördlüyü ölkələrinin müşavirəsi keçiriləcək. Dördlüyə sədrlik iyul ayında Çex Respublikasına keçəcək. Müşavirədə Ukraynada vəziyyət, iqlim dəyişmələri məsələlərinə dair Paris konfransına hazırlıq, habelə enerji təhlükəsizliyi, iqtisadi inkişaf və işsizliyə qarşı mübarizə məsələləri müzakirə ediləcək.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Viseqrad_dordluyunun_hokumet_baschilari_Fransua_Ollandla_gorusecekler-865318

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR