Dövlət başçısı bununla bağlı sərəncamlar imzalayıb

Prezident İlham Əliyev I Avropa Oyunları qaliblərinin və Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb. Lent.az- AzərTAc-a istinadən xəbər verir ki, ölkə başçısının imzaladığı sərəncamla Heydərov Kəmaləddin Fəttah oğlu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Ölkə başçısı gənclər və idman naziri Azad Rəhimova isə "Şöhrət" ordeni verib.

Qeyd edək ki, K.Heydərov Boks və Teakvando Federasiyalarının prezidentidir.