Bakı, 3 iyul, Samirə Quliyeva, AZƏRTAC
Oktyabrın 27-də Malayziyanın paytaxtı Kuala-Lumpurda VI "Müsəlman dünyasının biznesi" (6th Muslim World Biz) adlı ticarət sərgisi və konfransının keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasından AZƏRTAC-a bildiriblər ki, tədbirin əsas məqsədi dünyanın bütün müsəlman ölkələrinin hökumətlərini, beynəlxalq investorlarını, korporasiya və sahibkarlarını bir platformada toplamaq, o cümlədən müsəlman dünyasında birgə müəssisə, investisiya və ticarət imkanlarını axtarmaqdan ibarətdir. Tədbir oktyabrın 30-dək davam edəcək.