Malayziyanın qərbində daşqınlar nəticəsində üç mindən çox insan təxliyə olunub

Malayziyanın qərbində daşqınlar nəticəsində üç mindən çox insan təxliyə olunub
19:58 22 Yanvar 2015
209 Dünya
Ölkə mətbuatı
A- A+


Kuala-Lumpur, 22 yanvar, AzərTAc
Malayziyanın Kalimantan adasında yerləşən Sabah ştatının üç mindən çox sakini adanın qərb sahillərinə yağan leysan yağışların əmələ gətirdiyi daşqınlar nəticəsində təxliyə olunub.
Təbii fəlakətin əsas zərbəsi çayların daşması nəticəsində əlaqənin tamamilə kəsildiyi Bofor və Mambakut şəhərlərinə dəyib. Fəlakət rayonunda su basmış evlərini tərk edən əhalini yerləşdirmək üçün beş təxliyə mərkəzi yaradılıb. Qonşu Filippindən gələn buludların gətirdiyi güclü mussonlar vəziyyəti daha da ağırlaşdırır.
Bu, son yarım ildə həmin ştatın ərazisində baş verən üçüncü güclü daşqındır.
Malayziyanın qərb və şimal ştatları ötən ilin dekabrında son yarım əsrin ən güclü daşqınlarına məruz qalıb. Təbii fəlakət nəticəsində 400 min insan Kelantan, Trenqanu, Pahanq, Kedah və Perak ştatlarında öz evlərini tərk etmək məcburiyyətində qalıblar. Ölkə iqtisadiyyatına dəyən ümumi zərərin 2,9 milyard rinqit (təqribən 810 milyon dollar) təşkil etdiyi bildirilir.

Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Kuala-Lumpur

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Malayziyanin_qerbinde_dasqinlar_neticesinde_uch_minden_chox_insan_texliye_olunub-826843

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR