Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir Elçin Mehdiyev/
Bu gün saat 22:00-dan Heydər Əliyev prospektinin Yusif Səfərov küçəsindən Bağırov körpüsü olan hissəsinə qədər yolun hər iki istiqamətində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.
Onun sözlərinə görə, hərəkətin məhdudlaşdırılması yolun üfüqi nişanlanması işləri ilə əlaqədardır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]