Müasir meqapolisləri iri ticarət mərkəzləri olmadan təsəvvür etmək mümkün deyil. Bəzi şəhərlərdə isə "mall"lar öz böyüklüyünə və möhtəşəmliyinə görə "şəhər içində şəhər" təəssüratı yaradır.

Axşam.az Trend-ə istinadən dünyanın ən məşhur ticarət mərkəzlərini təqdim edir:

1. "Dubai Mall" - dünyanın ən böyük ticarət mərkəzi. 1,2 milyon kv.m ərazini əhatə edir. Ticarət mərkəzinə ikimərtəbəli yol aparır. Burada xizəkdə sürüşmək üçün olimpiya ölçüsündə buz meydançası, 22 ekranlı kinoteatr və s. var.

Dünyanın ən möhtəşəm ticarət mərkəzləri - fotolar

2. "Dubai Mall"da 33 min balıq növünün, o cümlədən köpək balığı və skatların olduğu ən iri üstüörtülü, talvarlı akvarium da mövcuddur.

Dünyanın ən möhtəşəm ticarət mərkəzləri - fotolar

3. Bundan başqa, "Dubai Mall"da öz təbii böyüklüyündə üzgüçü heykəlləri ilə bərabər şəlalə də var.

Dünyanın ən möhtəşəm ticarət mərkəzləri - fotolar

4. Ticarət mərkəzində alış-verişdən yorulanlar dəvələrdən istifadə edə bilərlər.

Dünyanın ən möhtəşəm ticarət mərkəzləri - fotolar

5. "İbn Battuta Mall" - Dubayda yerləşir, məşhur ərəb səyyahı İbn Battutanın şərəfinə adlandırılıb. Ticarət mərkəzinin zalı orta əsr şəhərlərinin interyerini canlandırır.

Dünyanın ən möhtəşəm ticarət mərkəzləri - fotolar

6. "West Edmonton Mall" - Kanadanın Albert şəhərində yerləşir. Dünyada 5-ci ən böyük ticarət mərkəzi sayılır. Burada müxtəlif attraksionlarda əylənmək, kazinoda vaxt keçirmək, həmçinin kilsəyə getmək olar. Mərkəzin zalında Xristofor Kolumbun 1492-ci ildə Atlantik okeanını üzüb keçdiyi gəminin öz təbii böyüklüyündə maketi də var.

Dünyanın ən möhtəşəm ticarət mərkəzləri - fotolar

7. Elə "West Edmonton Mall"da 3 sualtı qayıq maketindən istifadə etməklə içəri girmək olar.

Dünyanın ən möhtəşəm ticarət mərkəzləri - fotolar

8. "Mall of America" - Minnesotada yerləşir. Burada "Nickelodeon" uşaq telekanalının nəhəng karusellərdən ibarət əyləncə parkı var.
Dünyanın ən möhtəşəm ticarət mərkəzləri - fotolar

9. Burada 2009-cu ildə açılan əyləncə parkının ərazisi 28 min kv.m təşkil edir.

Dünyanın ən möhtəşəm ticarət mərkəzləri - fotolar

10. Kuala Lumpurda yerləşən "Berjaya Times Square" göydələnində də möhtəşəm attraksionlarda əylənmək mümkündür.

Dünyanın ən möhtəşəm ticarət mərkəzləri - fotolar

11. Yeni ilə yaxın "Berjaya Times Square"nin bütün zalları ənənəvi Malayziya üslubunda bəzədilir.

Dünyanın ən möhtəşəm ticarət mərkəzləri - fotolar

12. Las-Veqasda "Venetian" ticarət-əyləncə kompleksində şəxsi hotel və kazinolar var. Ziyarətçilər isə kanallarda qondolalar vasitəsilə gəzə bilərlər.

Dünyanın ən möhtəşəm ticarət mərkəzləri - fotolar