500 manata "Jiquli" satan tutuldu

11:14 23 Yanvar 2015
247 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhərinin müxtəlif ərazilərindən VAZ markalı avtomobilləri oğurlayan şəxslərdən biri ələ keçib. APA TV-nin məlumatına görə, polis əməkdaşları Masazır sakini Dəmirov Azər Qalib oğlunu şübhəli şəxs qismində saxlayıblar. Polislər Azərin yaşadığı evin qapısında saxladığı “VAZ-2106” markalı maşından şübhələniblər. Avtomobilə baxış zamanı məlum olub ki, maşın oğurluqdur və üzərindəki dövlət nömrə nişanı başqa avtomobilə aiddir. Azər Dəmirov polis şöbəsinə gətirilib. Məlum olub ki, “VAZ-2106” Bakının Binəqədi rayonu ərazisindən qaçırılıb.

Azər Dəmirov ilkin dindirmə zamanı etiraf edib ki, bu, oğurladığı yeganə avtomobil deyil. Belə ki, o, Teymur adlı şəxslə əlbir olaraq, Bakının müxtəlif ərazilərindən 8 ədəd VAZ avtomobili oğurlayıb. Maşınlar əvvəlcə Masazıra - Azərgilin həyətinə aparılıb. Daha sonra "qənimət" avtomobillər Gəncəyə sürülüb və orada real dəyərindən çox ucuz qiymətə satılıb:

Teymur adlı şəxs hələ saxlanılmasa da, Azər Dəmirov avtomobillərin məhz onun əldə etdiyi xüsusi açarlarla açıldığını və işə salındığını bildirib. Maşınların Gəncədə satıldığı qiymət isə çox ucuz olub: "Teymur satırdı maşınları. Deyirdi ki, 400-500 manata satıram. Gəlirdi, pulu bölürdük".

Faktla bağlı Abşeron Rayon Polis Şöbəsində cinayət işi başlanıb. Teymur adlı şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR