Azərbaycanlı rejissor xərçəng xəstəsi qızın arzularını çəkdi (FOTO)

Azərbaycanlı rejissor xərçəng xəstəsi qızın arzularını çəkdi (FOTO)
11:31 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Rejissor Türkay Azəri yeni filmin çəkilişinə başlayıb. ANS PRESS-in məlumatına görə, ssenaristi və rejissoru da özü olan film “Günəşi oyadanlar (Ölməzlər)” adlanır.

Ssenarisini 2 ilə yaxın müddətdə işləyib bitirən rejissor filmdə həm də özünü oynayır. Film 2000-ci illərdə radio verilişi aparıcısının həyatından və ona aşiq olan xərçəng xəstəsi qızın arzularından bəhs edir. Filmdə radio dinləyicilərin həyat tərzi, düşüncəsi,açıq - aşkar göstərilir.

Film Türkay Azərinin rəhbəri olduğu “Temp Production” tərəfindən ərsəyə gəlir. Filmin çəkilişləri hal-hazırda Bakıda aparılır. Türkay Azəri filmin nümayişinin mart ayına nəzərdə tutulduğunu deyir: "Melodrama janrında çəkdiyim məni sevən xərçəng xəstəliyindən əziyyət çəkən qızın qurduğu xəyallardan danışır. Film martda qəlblərdə sevginin oyanan vaxtında (gülür) kinoteatrlarda tamaşaçıların ixtiyarına veriləcək."

Rolları Anar Səfiyev, Səmimi Fərhad, Türkay Azəri, Səyyad İlqar, Pərvanə Alıyeva və digərləri ifa edib. Filmin quruluşçu operatoru Ruslan Məmmədov, geyim üzrə rəssamı Aida Maqsudova, stilisti Süleyman Həsənov, səs rejissoru Şahin Allahverdidir, filmin musiqilərini isə Milan Məmmədov bəstələyib. Baş prodüsseri Elşən İlyasov olan filmdən rejissor və çəkiliş heyəti çox şey gözləyir.










Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=35&nid=321346

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR