[ 23 Yanvar 2015 14:15 ]



Bakı. Mübariz Aslanov - APA. Bu gün Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə və Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası işçi qrupunun rəhbəri Fəttah Heydərov Səudiyyə Ərəbistanına yola düşüb.


Milli Məclisdən APA-ya verilən məlumata görə, onlar bu ölkəyə kral Abdullah ibn Əbdüləzizin dəfn mərasimində iştirak etmək məqsədilə gediblər.


Dəfn mərasimi bu gün saat keçiriləcək.