Milli Məclisin sədri Səudiyyə Ərəbistanı Kralının dəfn mərasimində iştirak edəcək

Milli Məclisin sədri Səudiyyə Ərəbistanı Kralının dəfn mərasimində iştirak edəcək
18:38 23 Yanvar 2015
212 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səudun dəfn mərasimində iştirak etmək üçün yanvarın 23-də Əl-Riyad şəhərinə yola düşüb.
Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, nümayəndə heyətinin tərkibinə Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Fəttah Heydərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və xarici işlər nazirinin müavini Xələf Xələfov daxildir.
Səfər çərçivəsində parlament sədrinin mərasimdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri gözlənilir.
Səfər yanvarın 24-də başa çatacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR