Oqtay Əsədov Səudiyyə Ərəbistanına gedib

Oqtay Əsədov Səudiyyə Ərəbistanına gedib
19:03 23 Yanvar 2015
195 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səudun dəfn mərasimində iştirak etmək üçün yanvarın 23-də ölkənin ər-Riyad şəhərinə səfər edib.

Parlamentin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Fəttah Heydərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və xarici işlər nazirinin müavini Xələf Xələfov daxildirlər.

Səfər çərçivəsində parlament sədrinin mərasimdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri gözlənilir.

Səfər yanvarın 24-də başa çatacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR