Dünyanın ən böyük stadionları (VİDEO, FOTO)

Dünyanın ən böyük stadionları (VİDEO, FOTO)
20:26 24 Yanvar 2015
191 İdman
Ölkə mətbuatı
A- A+

Bir vaxtlar dünyanın ən böyük stadionu dedikdə, göz önünə Braziliyanın “Marakana” stadionu gəlirdi.

ANS PRESS-in məlumatına görə, bir vaxtlar bu stadion 200 min tamaşaçı tuturdu.

Lakin FİFA-nın tələbi ilə stadionda ayaqüstü yerlər və qapının arxasında kasıblar üçün nömrəsiz yerlər ləğv edildi.

Müasir dövrdə bəşəriyyətin maraqlarını bir araya gətirən, bəzən milyonlarla insanın gözlərini, ürəklərini və düşüncələrini eyni məkana və eyni havaya kökləyən ünvanlardan biri də böyük tədbirlərin, xüsusilə futbol yarışlarının keçirildiyi stadionlardır. İndi dünyada öz şəhərinin və ölkəsinin markasına çevrilmiş stadionlar var:

"Marakana", "Uembli", "Lujniki", "Stad de Frans" və s. Bu stadionlar yalnız idman coşqusu ilə dolu rəqabət meydanı olmayıb, həm də memarlığın, şəhərsalma mədəniyyətinin ciddi tərkib hissəsi kimi diqqəti cəlb edir.

Dünyanın on ən böyük stadionlarını sizə təqdim edirik.

1. “1 may stadionu” (Pxenyan, KXDR) – 150 000 tamaşaçı

2. “Hind gəncləri stadionu” (“Solt Leyk Stadium” (Kəlküttə, Hindistan) – 120 000 tamaşaçı

3. “Asteka” (Mexiko, Meksika) – 105 000 tamaşaçı

4. “Milli stadion Bukit Cəlil” (Kuala-Lumpur, Malayziya) – 100 200 tamaşaçı

5. “Azadi” (Tehran, İran) – 100 000 tamaşaçı

6. “Nou Kamp” (Barselona, İspaniya) – 99 345 tamaşaçı

7. “Sokker Siti” (Yohannesburq, CAR) – 94 700 tamaşaçı

8. “Uembli” (London, İngiltərə) – 90 000 tamaşaçı

9. “Qelora Bunq Karno Mein Stadium” (Cakarta, İndoneziya) – 88 083 tamaşaçı

10. “Bon əl-ərəb” (Bon əl-ərəb, Misir) – 86 000 tamaşaçı





















































Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=321698

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR