[ 30 İyul 2015 02:17 ]



Bakı-APA. Rusiya BMT Təhlükəsizlik Şurasında Ukraynada Malayziyaya məxsus “Boeing” təyyarəsinin qəzaya uğraması ilə əlaqədar beynəlxalq tribunalın yaradılmasını nəzərdə tutan qətnamə layihəsinə veto qoyub.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, 11 TŞ üzvü qətnamə layihəsinin lehinə səs verib, 3-ü bitərəf qalıb.

Rusiya özünün veto qoymaq hüququndan istifadə edərək qətnamənin qəbuluna imkan verməyib.

Xatırladaq ki, 2014-cü il, iyulun 17-də Amsterdamdan Kuala-Lumpura uçan “Boeing 777” təyyarəsinin Donetsk vilayətində qəzaya uğraması nəticəsində 298 nəfər həlak olub.

Xatırladaq ki, malayziyalı diplomatlar BMT-nin Təhlükəsizlik Şurasında beynəlxalq tribunalın yaradılması və qəzada əli olanların cinayət məsuliyyətinə cəlb edilməsinə dair qətnamə irəli sürmüşdülər.