Bakı, 31 iyul, AZƏRTAC
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Pekini 2022-ci il Qış Olimpiya və Paralimpiya oyunlarının paytaxtı seçib. Pekin həm yay və həm də qış Olimpiadasını qəbul edəcək ilk şəhər olacaq.
Bu qərar BOK-un iyulun 31-dən avqustun 3-dək Malayziyanın Kuala-Lumpur şəhərində keçirilən 128-ci sessiyası zamanı qəbul edilib. Pekin 2022-ci ilin Qiş Olimpiya Oyunlarını qəbul etmək hüququ uğrunda yeganə rəqibi Qazaxıstanın Almatı şəhərini geridə qoyub.
Pekin 2008-ci il Yay Olimpiya Oyunlarının paytaxtı olub.