FİFA prezidenti Zepp Blatter Beynəlxalq Olimpiya Komitəsinin üzvlüyünə iddia etmir.
Milli.Az goal.az-a istinadən bildirir ki, bu barədə komitənin prezidenti Tomas Bax məlumat yayıb. O, təşkilatın Kuala-Lumpurda keçirilmiş 128-ci sessiyası zamanı bunları deyib:
"Cənab Blatter iyulun 23-də mənə yazmışdı ki, FİFA prezidenti postunu tərk edəcək. Buna görə Beynəlxalq Olimpiya Komitəsində üzv olmayacaq. Hesab edirəm ki, xidmətlərinə görə Blatterə minnətdarlıq etmək lazımdır".
Qeyd edək ki, Blatter 80 yaşının tamam olması səbəbindən 2016-cı ildə komitəyə üzvlükdən getməli idi.
Milli.Az