Müşfiq Hətəmov Pune Beynəlxalq Film Festivalının mükafatına layiq görülüb

11:37 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 11:33 ]


Bakı. Cavid Zeynallı – APA. C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, prodüser Müşfiq Hətəmov 13-cü Pune Beynəlxalq Film Festivalında “Nabat” bədii filminə görə beynəlxalq münsiflər heyətinin “Xüsusi vurğulama” mükafatına layiq görülüb.

 

Kinostudiyadan APA-ya verilən məlumata görə, film Hindistanda keçirilən festivalın əsas müsabiqə proqramında yer alıb.

 

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-ci ildə istehsal olunan “Nabat” filminin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

 

Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370340

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR