Azərbaycan-Slovakiya əlaqələri intensiv inkişaf səviyyəsinə malikdir

Azərbaycan-Slovakiya əlaqələri intensiv inkişaf səviyyəsinə malikdir
20:18 26 Yanvar 2015
118 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Slovakiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş nazirinin müavini, xarici və Avropa işləri naziri Miroslav Layçak ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Miroslav Layçak iki dost ölkə arasında münasibətlərin intensiv və praqmatik xətt üzrə inkişaf etdiyini söyləyib, iqtisadiyyat, enerji, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığın genişlənməsi üçün əlverişli imkanların olduğunu vurğulayıb.
Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında əlaqələrin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu diqqətə çatdırıb. O əlavə edib ki, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsinə, xüsusilə investisiyaların qarşılıqlı qorunması və ikiqat vergitutmanın aradan qaldırılması üzrə sazişlərin imzalanmasına ehtiyac var.
Slovakiyanın enerji tranzitində əlverişli mövqeyə malik olduğunu deyən Elmar Məmmədyarov bu sahədə iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu deyib.
Miroslav Layçak Elmar Məmmədyarovu bu ilin may ayında Bratislavada keçiriləcək Vişeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin birgə iclasında iştiraka dəvət edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Slovakiya_elaqeleri_intensiv_inkisaf_seviyyesine_malikdir-827660

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR