Topaz Premyer Liqasında III turun növbəti görüşləri keçirilib.
Metbuat.az-ın xəbərinə görə, avqustun 23-də ümumilikdə 3 matç oynanılıb.
Günün ilk oyununda "Neftçi" "Sumqayıt"ı qəbul edib. Hesab ikinci hissədə açılıb. Araz Abdullayev "ağ-qaralar"ı önə keçirib. Çox keçmədən "Neftçi" fərqi artırıb. "Sumqayıt"ın təsəlli qolundan artığına gücü çatmayıb.
Son çempion "Qarabağ" AZAL-ın qonağı olub. Qurban Qurbanovun yetirmələri Mahir Mədətov və Dani Kintananın vurduğu qollarla görüşdən 2:0 hesabı ilə qalib ayrılıblar.
Avrokuboklardakı digər təmsilçimiz "Qəbələ" isə "Kəpəz"i qəbul edib. Ermin Zekin oyunun əvvəlində vurduğu qol görüşdə yeganə olub.
Topaz Premyer Liqası
III tur
“Qəbələ” – “Kəpəz” - 1:0
Qol: Ermin Zek, 6
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Rəvan Həmzəzadə
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Əhmədov
AFFA nümayəndəsi:Elbrus Abbasov
Hakim-inspektor: Kərim Ağayev
Qəbələ şəhər stadionu
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 7. Ermin Zek, 8. Məhəmməd Mirzəbəyov, 11. Asif Məmmədov, 15. Vitali Vernudub, 19. Aleksey Qay, 34. Ürfan Abbasov (k), 44. Rafael Santos, 66. Samir Zərgərov, 69. Aleksey Antonov
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 3. Vojislav Stankoviç, 5. George Floresku, 9. Sergey Zenyov, 10. Dodo, 17. Qismət Alıyev, 21. Arif Daşdəmirov
Baş məşqçi: Roman Qriqorçuk
“Kəpəz”: 88. Tadas Simaitis, 3. Tərlan Quliyev, 25. Şəhriyar Əliyev, 13. Şəhriyar Rəhimov, 18. Tural Axundov (k), 5. Kərim Diniyev, 8. Budaq Nəsirov, 10. Junior da Silva, 80. Tural Rzayev, 7. Juninyo, 19. Aleksandr Sitnik
Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 23. Tural Nərimanov, 6. Ceyhun Cavadov, 15. Azad Kərimov, 9. Murad Ağakişiyev, 27. Bəxtiyar Soltanov, 4. Elvin Cəbrayıllı
Baş məşqçi: Şahin Diniyev
AZAL – “Qarabağ” - 0:2
Qollar: Mahir Mədətov, 44, Dani, 64
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Cavanşir Yusifov, Etibar Həsənov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Əhmədağa Cabbarov
“Dalğa Arena”
AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov, 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev, 4. Qvanzan Maqomedov, 6. Tagim Novruzov, 8. Seymur Əsədov (k), 10. Nuqzar Kvirtiya, 7. Tərlan Xəlilov, 21. Murad Səttarlı, 9. Aydın Qasımov
Ehtiyat oyunçular: 95. Polad Mirzəzadə, 15. Rüfət Musayev, 17. Elmin Çobanov, 14. İlqar Ələkbərov, 20. İsmayıl İbrahimli, 19. Məhəmməd Bədəlbəyli, 28. Müşfiq Teymurov
Baş məşqçi: Tərlan Əhmədov
“Qarabağ”: 13. İbrahim Şehiç, 4. Eltun Yaqublu, 6. Vüqar Mustafayev, 7. Namiq Yusifov (k), 11. Elvin Məmmədov, 19. Azər Salahlı, 22. Əfran İsmayılov, 29. Raydell Pupon, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev, 97. Mahir Mədətov
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 10. Dani Kintana, 18. İlqar Qurbanov, 33. Elton Turabov, 77. Cavid Tağıyev
Baş məşqçi: Qurban Qurbanov
“Neftçi” – “Sumqayıt” - 2:1
Qol: Araz Abdullayev, 51, Rəhman Hacıyev, 53 - Nuran Qurbanov, 77
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Vüsal Qənbərov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
“Neftçi”: Aqil Məmmədov, Rail Məmmədov, Ailton, Məqsəd İsayev, Erik Ramos, Kaue, Elşən Abdullayev, Araz Abdullayev, Rəhman Hacıyev, Ruslan Qurbanov, Məhəmməd Qurbanov
Ehtiyat oyunçular: Miçal Peskoviç, Orxan Bəşirov, Elvin Bədəlov, Kamal Qurbanov, Fəhmin Muradbəyli, Samir Məsimov, Əziz Quliyev
Baş məşqçi: Samir Əliyev
“Sumqayıt”: Şahruddin Məhəmmədəliyev, Slavik Alxasov, Vurğun Hüseynov, Cəmil Hacıyev, Pərdis Fərcad Azad, Uğur Pamuk, Murad Ağayev, Bəxtiyar Həsənalızadə, Aleksandr Çertoqanov, Tofiq Mikayılov, Emin Mehdiyev
Ehtiyat oyunçular: Tərlan Əhmədli, Mikayıl Rəhimov, Nuran Qurbanov, Nodar Məmmədov, Elnur Abdulov, Amit Quluzadə, Xəyal Nəcəfov
Baş məşqçi: Aqil Məmmədov
7 xala malik "Qarabağ" və "Qəbələ" ilk iki pilləni bölüşdürürlər.