Kuala-Lumpur, 31 avqust, AZƏRTAC
Malayziyanın paytaxtı Kuala-Lumpurda və digər şəhərlərdə maliyyə qalmaqalında iştirakı güman edilən Baş nazir Nacib Razakın istefası tələbi ilə ikigünlük mitinqlər keçirilib.
Bütün ölkə ərazisini əhatə edən etriaz dalğasına avqustun 30-da yekub vurulub. Təşkilatçıların bildirdiyinə görə, mitinqlərdə yüz minlərlə insan iştirak edib.
Sabiq Baş nazir Mahathir Mohamed də mitinqə qatılıb. O xalqı birləşərək N.Razakın istefasına nail olmağa çağırıb.
Hazırkı Baş nazir dövlət fondundan yeddi milyon dollar vəsaitin qeyri-qanuni mənimsənilməsində şübhəli bilinir.
N.Razak istefaya getmək niyyətində deyil və onun yaydığ bəyanatda bildirilir ki, mitinqlər ölkəyə beynəlxalq inamı sarsıdıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala-Lumpur