[ 02 Sentyabr 2015 15:00 ]



Bakı. Ramiz Mikayıloğlu-APA. Naxçıvan Muxtar Respublikasının yeni mədəniyyət və turizm naziri təyin edilib.

APA-nın məlumatına görə, Muxtar Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun 1 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Natəvan Qədimova Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri təyin edilsin.

Xatırladaq ki, V. Talıbovun 17 avqust 2015-ci il tarixli sərəncamı ilə Sarvan İbrahimov Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri vəzifəsindən azad edilib.