Malayziyada miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində həlak olanların sayı 53 nəfərə çatıb

Malayziyada miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində həlak olanların sayı 53 nəfərə çatıb
20:48 6 Sentyabr 2015
49 Dünya
Ölkə mətbuatı
A- A+


Kuala-Lumpur, 6 sentyabr, AZƏRTAC
Xilasedicilərin bildirdiyinə görə, sentyabrın 3-də Malayziyanın qərbində gəminin qəzaya uğraması nəticəsində həlak olanların sayı 53 nəfərə çatıb. Hilir Perak (Perak ştatı) dairəsi polis rəisinin müavini Şuhayli Mohd Zain bəyan edib ki, bu gün daha 26 nəfərin cəsədi aşkar olunub.
Rəis müavini həmçinin qeyd edib ki, xilasedicilərin xilas etdiyi 20 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan bəziləri yaxın vaxtlarda İndoneziyaya geri qaytarılacaqlar. Onun sözlərinə görə, 13 metr uzunluğunda gəmidə 70-80 nəfərin olduğu güman edilir. Hazırda gəminin qəzaya uğradığı Malayziyanın qərb sahillərində xilasetmə əməliyyatı davam etdirilir.
İlkin məlumatlara görə, İndoneziya bayrağı altında üzən gəmi Sumatra adasında yerləşən Tacunqbalay şəhərinə gedirmiş.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala-Lumpur

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Malayziyada_miqrantlari_dasiyan_geminin_qezaya_ugramasi_neticesinde_helak_olanlarin_sayi_53_nefere_chatib-882524

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR