Malayziyanın itmiş təyyarəsinin axtarışına dair ilkin hesabat martın 7-də təqdim ediləcək

07:38 29 Yanvar 2015
330 Dünya
Ölkə mətbuatı
A- A+


Kuala-Lumpur, 29 yanvar, AzərTAc
Malayziyanın hökumət orqanları “Malayziya Hava Yolları” şirkətinə məxsus, ötən ilin martında Hind okeanı üzərində itmiş təyyarənin istintaqı və axtarışı ilə bağlı ilkin hesabatı martın 7-də dərc edəcək. Bu barədə Malayziya nəqliyyat nazirinin müavini Aziz Kapravi məlumat verib.
Nazir müavini qeyd edib ki, hazırda o, sənədin detallarını açıqlaya bilməyəcək. Axtarışlar davam etdirildiyindən “Boeing-777” təyyarəsinin statusu hələ də müəyyən olunmayıb. O bildirib ki, hesabatı nazir Liou Tionq Lay təqdim edəcək, onun tam mətni isə nazirliyin veb-saytında yerləşdiriləcək.
Xatırladaq ki, Kuala-Lumpur-Pekin reysi ilə uçan təyyarə ötən il martın 8-də havaya qalxdıqdan iki saat sonra radarların ekranlarından itib. Təyyarənin göyərtəsində 227 sərnişin və 12 heyət üzvü olub. Malayziyanın Baş naziri Nacib Razak martın 24-də bildirib ki, “Boeing-777-200” təyyarəsinin uçuşu Hind okeanı üzərində başa çatıb. Lakin indiyədək təyyarənin heç bir parçası tapılmayıb.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Kuala-Lumpur

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Malayziyanin_itmis_teyyaresinin_axtarisina_dair_ilkin_hesabat_martin_7_de_teqdim_edilecek-828227

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR