[ 16 Sentyabr 2015 14:15 ]
Bakı. Türbət Bağırova-APA. Malayziya baş nazirinin xüsusi nümayəndəsi və Dünya İslam İqtisadi Forumunun sədri Tun Musa Hitam sentyabrın 17-də Azərbaycana səfər edəcək.
APA-nın Malayziya səfirliyinə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Tun Musa Hitam Azərbaycanda dövlət rəsmiləri ilə görüşü və mətbuat konfransı keçirməsi nəzərdə tutulub.
Qeyd edək ki, Dünya İslam İqtisadi Forumu bu il noyabrın 3-5-də Kuala Lumpurda keçiriləcək.